Tanais | |
---|---|
q.yun. Τάναϊς | |
47°16′14″ şm. e. 39°20′29″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | III əsr |
Ləğv olunub | V əsr |
Digər | |
museum-tanais.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Tanais[1] (q.yun. Τάναϊς) — Don çayının mənsəbində antik şəhər (e.ə. III əsr — V əsr). Eramızın I əsrində Bosfor dövlətinin tərkibinə daxil idi. Şəhər Rostov-na-Donu şəhərindən 30 km qərbdə, Nedviqovka xutoru yaxınlığında yerləşir.
Tanais qoruğu Rusiyanın ən böyük arxeoloji muzey-qoruqlarından biridir. Qoruq ərazisi təxminən 3 min hektardır. Qoruq ansamblına müxtəlif tarixi abidələr, fərqli zamanların mədəniyyət nümunələri, eləcə də paleolitdən tutmuş XIX əsrə kimi müxtəlif xalqların yaşayış məntəqələri daxildir. Tanais qədim yunan sivilizasiyasının ən ucqar şimal məntəqəsi hesab edilir.